Logo

Mərakeşin 15-ə yaxın turizm şirkəti Azərbaycandadır - FOTO

24.05.2024 10:27 146 baxış
IMG

Mərakeş Krallığının 15-ə yaxın turizm şirkəti üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub.

Azərbaycanın Mərakeşdəki səfirliyindən "Tehsil.biz"ə bildirilib ki, mayın 26-dək davam edəcək səfərdə əsas məqsəd ölkəmizin turizm potensialı barədə dolğun və hərtərəfli məlumatların əyani şəkildə Mərakeş turizm şirkətlərinə verilməsi və bu ölkədən Azərbaycana səfər edən turistlərin sayının artırılmasıdır.

Tanışlıq səfəri çərçivəsində qonaqlar Bakı, Abşeron və Quba-Qusar regionuna səfər edəcəklər.

Qeyd edək ki, 2023-cü ildə Mərakeş Krallığından ölkəmizə səfər edən turistlərin sayı 1740 nəfərə çatıb, bu il isə bu rəqəm keçən illə müqayisədə 2 dəfə artıb. Həmçinin cari ilin may ayında iki ölkə arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişin imzalanması nəticəsində bu rəqəmin daha da yüksək olması gözlənilir.

Xəbər lenti