Logo

Coğrafiya İnstitutunun əməkdaşı “Wikimedia Hackathon - 2024”də Azərbaycanı təmsil edib - FOTO

24.05.2024 10:42 229 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Wikimedia Hackathon-2024” beynəlxalq konfransında azərbaycandilli vikipediyanı təmsil edib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Vikimedia Fondunun innovasiya və texniki layihələrin qurulmasına yönəlmiş texniki ictimaiyyəti birləşdirən “Wikimedia Hackathon - 2024” illik tədbirin məqsədi vikimedia layihələrinin texniki aspektlərinə töhfə verməkdə təcrübəsi olan şəxsləri bir araya gətirmək və vikimedia layihələrini dəstəkləyən texnoloji infrastrukturu və proqram təminatını təkmilləşdirmək, bilik mübadiləsi aparmaqdır.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən 120 vikipediyaçı bir araya toplaşıb.

Xəbər lenti