Logo

Alman Akademik Mübadilə Xidmətinin Tbilisi Regional Ofisinin rəhbəri ADAU-da - FOTO

24.05.2024 11:22 176 baxış
IMG

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Tehsil.biz xəbər verir ki, qonaqla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri və hədəfləri barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi həm akademik heyətin elmi fəaliyyətinin təkmilləşdirilməsi, həm də tələbələrin təcrübə toplaması baxımından daim diqqət mərkəzində saxlanılır.

Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.

Gebhard Reul səmimi qarşılama üçün minnətdarlığını bildirərək, DAAD proqramlarında iştirakın və gələcək birgə fəaliyyətin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.

Sonra bir qrup ADAU tələbəsi ilə görüşən qonaq DAAD proqramlarında və Almaniya universitetlərində təhsil proqramlarının tələbləri ilə bağlı ətraflı məlumat verib.

Xəbər lenti