4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib.
Tehsil.biz xəbər verir ki, söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimovadan gedir.
Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə bu gün Covid-19-un qurbanı olub.