Logo

“Heliosistemlərin problemləri və günəş suqızdırıcılarının perspektivləri” mövzusunda elmi seminar keçirilib

24.05.2024 13:27 204 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə “Heliosistemlərin problemləri və günəş suqızdırıcılarının perspektivləri” mövzusunda elmi seminar keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənov, kafedranın müdiri professor Nurməmməd Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Elmi seminarda gənc tədqiqatçı, kafedranın assistenti Cəmil Quliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Məruzəçi heliosistemlərin iki problemi - rezerv panellərinin sistemdə nəzərdə tutulmaması, günəşin sutkalıq vəziyyətindən asılı olaraq, günəş panellərinin quraşdırılma bucağının nəzərə alınmaması məsələlərini ortaya qoyaraq apardığı araşdırmalardan danışıb. Eyni zamanda, tədqiqat işində yeni günəş suqızdırıcılarının konstruksiyası, iş prinsipi və onların mövcud suqızdırıcılardan fərqli üstünlüklərini diqqətə çatdırıb.

Qeyd edək ki, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı AzMİU-da müvafiq kafedra və elmi-tədqiqat laboratoriyaları tərəfindən intensiv iş aparılır.

Xəbər lenti