Logo

“Qoca Şərqin ilk Cümhuriyyəti” mövzusunda elmi konfrans keçirilib - FOTO

24.05.2024 15:56 171 baxış
IMG

Mayın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qoca Şərqin ilk Cümhuriyyəti” mövzusunda elmi konfrans keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tarixi əhəmiyyətindən, onun 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb. Akademik G.Baxşəliyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini, parlament seçkisinin keçirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ilk illərdə respublikamızın çətin dövr yaşadığını qeyd edən akademik G.Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böyük siyasi təcrübəyə malik rəhbərin xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtararaq respublikanın inkişafının əsasını qoyduğunu, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini qeyd edib.

Elmi konfransda “AXC-nin yaranması ərəfəsində beynəlxalq münasibətlər”, “AXC dövründə təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti (1919-1920)”, “AXC dövründə mətbuat: “Azərbaycan” qəzetində erməni həqiqətləri”, “Azərbaycan Xalq Cümhuriyyəti - İran siyasi münasibətləri” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xəbər lenti