Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”, ölkəmizin COP29-a ev sahibliyi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tələbə Gənclər Təşkilatı, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının birgə təşkilatçılığı ilə “Ekoloji gələcək həftəsi” müddətində silsilə tədbirlər təşkil edilib.
ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, layihə çərçivəsində “Gənc yaşıl innovatorlar” festivalı, “Dayanıqlı İnkişaf Məqsədləri tələbə gənclər üçün” adlı panel müzakirəsi, III “ATMUMUN Simulyasiya” konfransı keçirilib. Bununla yanaşı, Şıx çimərliyi ərazisində təmizlik aksiyası və Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.