28 May – Müstəqillik Gününə həsr edilmiş peşə təhsili müəssisələrinin tələbələri arasında minifutbol üzrə turnirə yekun vurulub.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, III yer uğrunda mübarizədə Rabitə və İnformasiya üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasına qalib gəlib. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirin məqsədi komandalar arasında dostluq əlaqələri yaratmaq, ən güclü və yaxşı təşkil olunmuş komandaları müəyyənləşdirmək, həvəskarlar arasında futbolun təbliğini təmin etməkdən ibarət olub.