Logo

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib - FOTO

24.05.2024 19:08 380 baxış
IMG

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə akademiya əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən futbol yarışı başa çatıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, yarışın bağlanış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qalib komandaları təltif edib.

Yarışda birinci yeri Respublika Seysmoloji Xidmət Mərkəzinin, ikinci yeri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, üçüncü yeri isə AMEA Rəyasət Heyətinin komandası tutub.

Qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Xəbər lenti