Logo

Milli Kitabxanada “Xalq yazıçısı İlyas Əfəndiyеv-110” adlı kitab sərgisi açılıb

25.05.2024 12:00 177 baxış
IMG

XX əsr ədəbiyyatımızın böyük klassiki, milli nəsrimizin, dramaturgiyamızın, səhnəmizin, ədəbi-bədii və ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Bununla əlaqədar, Milli Kitabxanada “Xalq yazıçısı İlyas Əfəndiyеv-110” adlı geniş kitab sərgisi təşkil edilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, tamaşaya qoyulmuş pyeslərindən fotolar, yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Xəbər lenti