Logo

BDU və Cənubi Bohemia Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

14.04.2021 23:51 617 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Çexiyanın Cənubi Bohemia Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri, Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov, Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova, Cənubi Bohemia Universitetinin rektoru Bohumil Jirousek və beynəlxalq əlaqələr üzrə prorektoru Radka Zavodska iştirak ediblər.
Görüş zamanı universitetlər arasında yeni əlaqələrin qurulması, təhsil müəssisələrinin birgə fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.


Rektor Elçin Babayev bildirib ki, hazırda BDU-nun Biologiya fakültəsində 12 tədris laboratoriyası və 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Biologiya fakültəsində parazitologiya, infeksiyalar biologiyası, biokimya, hidrobiologiya, hüceyrə biologiyası sahələri üzrə ikili diplom layihəsi haqqında məlumat verərək, bugünkü görüşün əlaqələrin davamlı xarakter almasına böyük zəmin yaradacağını bildirib.


Daha sonra çıxış edən Cənubi Bohemia Universitetinin rektoru Bohumil Jirousek bu müqavilənin universitetlər arasında gələcək əməkdaşlıq üçün bir başlanğıc olduğunu bildirib:

 

“BDU Azərbaycanın ən qədim təhsil ocağıdır, Cənubi Bohemia isə çox gənc universitetdir. Əminəm ki, qeyd olunan sahələrdə hər iki universitetin təcrübələrinə əsaslanaraq uğurlu layihələr həyata keçirilə bilər.”


Görüş zamanı Bakı Dövlət Universiteti ilə Cənubi Bohemiya Universiteti arasındakı magistr və aspirant mübadiləsinin asanlaşdırılması, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların kurslar və tədris planlarının təşkili, tədqiqat layihələrində əməkdaşlıq, tədris fəaliyyətinin təşkili, akademik və inzibati heyətdə çalışan kadrların mübadiləsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti