Logo

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb - FOTO

25.05.2024 13:57 251 baxış
IMG

UNEC-in təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) mayın 24-də öz işini davam etdirib. “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş konfransın ikinci gününün birinci panel müzakirəsi “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər” mövzusunda olub.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, müzakirələrin açılışında çıxış edən prof. Ədalət Muradov bu günkü panellərdə dünya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən dayanıqlılıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə olunacağını bildirib. Ölkədə rəqabətin təmin olunması istiqamətində ciddi tədbirlərin aparıldığını deyən, rektor ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Rəqabət məcəlləsi”ni tarixi qərar adlandırıb: “Rəqabət məcəlləsi rəqabət sahəsində dünyada mövcud olan ən mütərəqqi təcrübəni özündə ehtiva etməklə yanaşı, Azərbaycan reallığını da tam əks etdirir”.

Rektor rəqabətin bazar iqtisadiyyatına, resursların səmərəli istifadəsinə müsbət təsirlərindən də söz açıb. Eləcə də yeni texnologiyaların rəqəmsal iqtisadiyyatda, rəqəmsallaşmanın isə dayanıqlı inkişafda yaratdığı problemlərə diqqət çəkərək, bu istiqamətdə elmi araşdırmaların aparılmasının vacibliyini bildirib. Ə.Muradov Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə də toxunub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəyli Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli açılış nitqi ilə çıxış edərək, dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi rəqabətin rolu və bu prosesdə optimal tənzimləmə meyarlarının tətbiqindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatının sürətli inkişafı, qlobal inteqrasiya və dəyişən biznes modellərinin təsirilə dünyada gedən transformasiya prosesləri yeni rəqabət qanunvericiliyinin – Rəqabət Məcəlləsinin tətbiqini zəruri edib. M.Abbasbəyli Məcəllədə ortaq rəqabəti təşviq edən tənzimləmə alətlərinin mövcudluğu da diqqətə çatdırıb.

Sonra panel müzakirələr başlayıb. AİBNDX-nin rəis müavini Cəfər Babayevin moderatorluğu ilə aparılan “Dayanıqlı İnkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər” adlı paneldə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın, “Veysəloğlu” şirkətlər qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Rəqabət şöbəsinin baş eksperti Maria Pilar Canedo Arrilaga mövzu ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələrdə dayanıqlı inkişafın təmin edilməsində dövlət, özəl sektor və universitet işbirliyi, qlobal problemlərin həllində özəl sektorların rolu, azad bazarın tənzimlənməsi və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirilib, konfrans iştirakçılarının sualları cavablandırılıb.

Növbəti panel sessiya “Yaşıl İqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” barədə olub. Müzakirələrdə yaşıl iqtisadiyyata keçiddə dövlət sektorlarının rolu, iqlim maliyyəsi boşluğunun aradan qaldırılması yolları, iqtisadi inkişaf və ətrafın mühit arasında balansının qorunması, tullantıların idarəolunması ilə bağlı ekspertlərin fikirləri səslənidirilib.

Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: Keçid üçün Yol Xəritəsi” adlı sonuncu paneldə isə Türk Dünyası ölkələrinin ekspertləri mövzu ilə bağlı aktual məsələləri müzakirə ediblər.

UNEC, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf Birliyinin təşkilatçılığı və “Paşa Holdinq”in baş sponsorluğu ilə keçirilən konfrans öz işini uğurla başa vurub.

Konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ağacəkmə aksiyası da keçirilib. Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkililib.

UNEC-in keçirdiyi İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb

UNEC-in keçirdiyi İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb

UNEC-in keçirdiyi İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb

UNEC-in keçirdiyi İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb

UNEC-in keçirdiyi İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı uğurla yekunlaşıb

Xəbər lenti