Logo

“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir - FOTO

25.05.2024 14:20 241 baxış
IMG

Mayın 24-də Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə keçirilən “Məktəblilərin respublika çempionatı”nın ağırlıqqaldırma idman növü üzrə final yarışlarının açılış mərasimi olub.

Tehsil.biz xəbər verir ki, Ağır Atletika Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.

Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, ağırlıqqaldırma idman növü üzrə yarışlara 26 may tarixində yekun vurulacaq.

“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.

Xəbər lenti