Logo

Məktəblərdə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO

25.05.2024 18:37 175 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayon 147 nömrəli texniki-humanitar liseyində və 31 nömrəli orta məktəbdə, Nəsimi rayon 2 saylı Klinik Psixiatriya Xəstəxanasında, 19 nomrəli və Suraxanı rayon 172 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində, Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbində və Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayon Z.Rəhimov adına Qaşqaçay kənd və Ş.Abdullayev adına Əmbərçay kənd ümumi orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Tibb Kollecində, Ağstafa rayon F.Nağıyev adına Tatlı kənd və H.Əlizadə adına Köçəsgər kənd 1 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Şabran şəhər 5 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 13 nömrəli tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon Xanabad kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Xəbər lenti