Logo

Nəticəsindən narazı qalan şagird respublika birincisi oldu

25.05.2024 19:22 486 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Sevil Babayevanın apellyasiya müraciətinə cavab verib. 

Tehsil.biz xəbər verir ki, DİM abituriyentin haqlı olduğuna qərar verib. 

Belə ki, buraxılış imtahanlarında 297,5 bal toplayan, lakin nəticəsi ilə razılaşmayan Sevil Babayeva apellyasiyaya müraciət edib.

Nəticədə DİM şagirdin haqlı olduğunu görərək onun xeyrinə qərar verib.

Beləliklə, buraxılış imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı 54 nəfərə çatıb.

Xəbər lenti