Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Görüş zamanı qonağa Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və hədəfləri barədə ətraflı məlumat verib.
Söhbət zamanı Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən də danışılıb.
Səfir Kayrat Osmonaliyev Aqrar Universitetdə olmaqdan məmnun olduğunu bildirərək, Azərbaycan – Qırğızıstan ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı da nümayiş olunub.