Logo

Təcrübəçi tələbələr tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

26.05.2024 10:55 191 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Şəhla Balacayevanın rəhbərliyi ilə 246 saylı məktəb-liseyində pedaqoji təcrübədə olan tələbələrin təşkilatçılığı və  həmin  məktəbin şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir təhsil 1 və 2 fakültələrinin tələbələrinin (Məhərrəmova Nigar, Xudayeva Güllər, Əlizadə Şəbnəm, Orucova Aydan və Məmmədova Aytən) təşkilatçılığı ilə keçirilib.

Tədbirdə xüsusi qonaqlar, şəhidlərimizin əzizləri iştirak ediblər.

Bildirilib ki, tədbir və məktəbdəki pedaqoji təcrübə ərzində tələbələrin fəaliyyəti məktəb direktoru Elmar Həşimov, Təlim-tərbiyə işləri üzrə direktor müavini  Bulqeyis Sadiqova, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fatma Əliyeva tərəfindən yüksək qiymətləndirilib.

Xəbər lenti