Logo

Sağlamlıq imkanları məhdud olan 64 nəfər buraxılış imtahanı verib

26.05.2024 14:13 321 baxış
IMG

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Tehsil.biz DİM-ə istinadən xəbər verir ki, imtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Xəbər lenti