Logo

İlyas Əfəndiyevin məzarı ziyarət olunub - FOTO

26.05.2024 15:50 158 baxış
IMG

Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri I Fəxri xiyabanda Xalq yazıçısının məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin bir necə nəslin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb. O, Xalq yazıçısının fitri istedada malik insan olduğunu bildirib. Nazir müavini Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun zəngin ədəbi irsinin Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərdiyini qeyd edib.

Xalq artisti Hacı İsmayılov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına və teatrına böyük töhfələr verdiyini deyib: “Görkəmli dramaturq ən çox oxunan və sevilən yazıçılardan biri olub. Bir çox xarici teatrlarda onun pyeslərinə müraciət olunub. Onu da qeyd etmək istərdim ki, biz çox xoşbəxt nəslin nümayəndələrik, çünki onun tamaşaları və əsərləri ilə böyümüşük”, - deyə Xalq artisti əlavə edib.

Hacı İsmayılov, həmçinin vurğulayıb ki, İlyas Əfəndiyev kimi Azərbaycanı o taylı bu taylı, Qarabağı vəsf edən ikinci yazıçı yoxdur. O, sözün əsl mənasında böyük şəxsiyyət, dramaturq olub.

Tədbirdə İlyas Əfəndiyevin dramaturgiyasında Qarabağ məsələlərinin, xalqımızın etnik kimlik mövzularının qaldırıldığı söylənilib. Qeyd edilib ki, İlyas müəllim tələbələrini bir şəxsiyyət kimi yetişdirib.

Xəbər lenti