Logo

“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin xatirəsinə həsr olunacaq

26.05.2024 20:31 189 baxış
IMG

“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunacaq.

Tehsil.biz xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə həsr olunacaq.

İyunun 1-də saat 19:00-da bəstəkarın əziz xatirəsinə həsr olunmuş "Ay işığında" adlı konsert proqramı keçiriləcək.

Gecədə bəstəkarın “Ay işığında”, “İlk məhəbbət”, “Tel nazik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər sevilən mahnıları səsləndiriləcək.

Xəbər lenti