Logo

Nazir: "Biliklərin, məlumatlılığın artırılması vacibdir"

27.05.2024 11:12 191 baxış
IMG

"PISA qiymətləndirilməsi ətraf mühit savadlılığının ölçülməsi çərçivəsidir. Hazırda PISA qiymətləndirilməsində 94 ölkə iştirak edir və bu sayın 2029-cu ildə 100-ə çatması gözlənilir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Biliklərin, məlumatlılığın artırılması vacibdir. Bu il Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür", - nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, hazırda dünyada bir çox təhsil pillələri və səviyyələri üzrə prosesin düzgün ölçülməsi istiqamətində iş gedir:

"Böyük iqtisadiyyatı olan dövlətlərin bu prosesə qoşulması vacibdir. Ətraf mühitlə bağlı savadlılıq davranışlara təsir edir. COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan faydalanmalıyıq. Dünya ilə ünsiyyətdə düzgün məsələlərə fokuslanmaq lazımdır. Elə mövzulara diqqət etməliyik ki, o məsələlər Azərbaycan təhsilinə müsbət istiqamətdə təsirini göstərsin”.

Mərcanə Əsədova

Xəbər lenti