Logo

"Elmi araşdırma olmadan hansısa inkişafa nail olmaq mümkün deyil"

27.05.2024 12:16 167 baxış
IMG

"Elmi tədqiqatlara ayrılmalı olan vəsaiti əslində mövcud elmi tədqiqat sahəsinin problemləri özü diktə edir".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, elmi araşdırma olmadan hansısa inkişafa nail olmaq mümkün deyil:

"Yaşıl iş yerləri yaşıl keçidi və yeni peşələri diktə edir. Bəs yaşıl iqtisadiyyat hansı yeni peşələri tələb edir. Artıq beynəlxalq səviyyədə bu sahədə 380 yeni peşənin adı çəkilir".

Mərcanə Əsədova

Xəbər lenti