Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tələbə və magistrantların 46-cı elmi konfransında iştirak etmiş tələbələrlə görüş keçirilib.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə kafedranın müdiri Aygün Məmmədova və Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva konfransda iştirak etmiş tələbə və magistrantların fəallığını yüksək qiymətləndirib, gəncləri elmi yaradıcılığa diqqət göstərməyə, elmi nailiyyətləri ilə seçilməyə səsləyib.
Sonda konfransda I, II, III yerləri tutan tələbələrə diplom və digər iştirakçılara sertifikatlar təqdim olunub.