Son zamanlar işəgötürənlər tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.
Bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Sözügedən Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir.
"Son zamanlar işəgötürənlər tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, bəzi şəhadətnamələr saxtalaşdırılıb. Qeyd edirik ki, sözügedən əməl Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır", - deyə məlumatda qeyd olunub.