"Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin mayın 27-də keçirilən iclasında deyib.
O, bununla bağlı artıq sui-istifadə hallarının olduğunu bildirib:
"Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb. Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var".
"Universitet üçün hər bir tələbə təhsilhaqqı ödəyir. Amma bu kimi kollec məzunlarının gələcək taleyi problemlər yaradır. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”, - Ceyhun Məmmədov əlavə edib.
Mərcanə Əsədova