Logo

"İnklüziv təhsilə daha diqqətlə və həssas yanaşılmalıdır"

27.05.2024 14:45 366 baxış
IMG

"İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var. Bu prosesə daha diqqətlə və həssas yanaşılmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin mayın 27-də keçirilən iclasında deyib.

Deputat  hesab edir ki, bu proses bütün məktəb və kolleclərimizdə paralel səviyyədə getmir:

"Burada maarifləndirmə işlərinə də ehtiyac var. Valideynlər bilməlidir nə etmək, məktəblərə uşaqları necə gətirmək lazımdır".

Mərcanə Əsədova

Xəbər lenti