Logo

Türkdilli dövlətləri nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

27.05.2024 15:39 167 baxış
IMG

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin VIII iclası və Türk Akademiyasının Elmi şurasının VII iclası keçiriləcək.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Xəbər lenti