Logo

Mərkəzi Elmi Kitabxanada 28 May - Müstəqillik Gününə həsr olunan sərgi təşkil edilib

27.05.2024 15:50 160 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “28 May -Müstəqillik Günü” adlı ənənəvi sərgi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, “Cümhuriyyət qurucuları”, “Azərbaycan milli azadlıq hərəkatı” ensiklopediyası, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” metodik vəsait, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)”, “Azərbaycan Xalq Cümhuriyyəti və müasir dövlətçiliyimiz” və digər kitablar nümayiş olunur.

Sərgi iki həftə müddətində davam edəcək.

Xəbər lenti