Logo

BDU-da professor İzzət Rüstəmovla görüş olub - FOTO

27.05.2024 16:55 173 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində həyata keçirilən “BDU qocaman müəllimlərin gözü ilə” layihəsinin növbəti qonağı Sosial elmlər və psixologiya fakültəsinin məsləhətçi professoru İzzət Rüstəmov olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Görüşün moderatoru, BDU-nun tarix muzeyinin müdiri Günel Orucəliyeva layihənin məqsədindən, 105 yaşını qeyd etməyə hazırlaşan qocaman universitetdə həyata keçirilən yubiley tədbirlərindən danışıb.

Görüşdə İzzət Rüstəmov universitetlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqənin formalaşmasında, elmi dəyərlərin zənginləşməsində universitetin rolu danılmazdır. Tarixin müxtəlif keşməkeşli dövrlərindən keçən universitet bütün inkişafı boyu öz müqəddəs missiyasını şərəflə daşıyıb, ölkəmizdə əsas elm və təhsil məbədi, milli düşüncənin formalaşma mərkəzi kimi nüfuz qazanıb.

O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə əmək fəaliyyətindən də bəhs edib. Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərə diqqət çəkib.

İzzət Rüstəmov sonra oğlu, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun keçdiyi döyüş yolundan və qəhrəmanlıqlardan da danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti