Logo

Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

27.05.2024 17:07 175 baxış
IMG

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, həmin proqramlara aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “Bakalavrın imtahana buraxılış vərəqəsi”ndə imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.

Qeyd edək ki, qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə iyunun 1-i, 68 (Musiqi sənəti istiqaməti) saylı proqram üzrə isə iyunun 9-u tarixlərində keçirilməsi nəzərdə tutulur.

İmtahan qrafiki ilə ətraflı buradan tanış olmaq mümkündür.

Xəbər lenti