Logo

Əmək qanunvericiliyinə dair ixtisasartırma kursuna start verilib

27.05.2024 21:00 261 baxış
IMG

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış kurslara start verilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, iki ay davam edəcək təlimdə iştirakçılar əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edəcəklər.

Milli Kitabxanada “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasında insan resursları üzrə ixtisasartırma kurslarının təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevdir. Təlim əsasən Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulub.

Təlimin əsas məqsədi əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi qanunvericiliyə dair bilgilərin verilməsidir.

Xəbər lenti