Logo

“Azərbaycan Xalq Cümhuriyyətinin əsginasları” mövzusunda mühazirə dinlənilib

28.05.2024 10:03 209 baxış
IMG

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin əsginasları” mövzusunda mühazirə dinlənilib.

Tehsil.biz xəbər verir ki, layihənin müəllifi numizmat, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Rüstəm Hüseynovdur.

Mühazirə zamanı Rüstəm Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin əsginaslarının, Bakı şəhər sovetinin istiqrazlarının nümunələrini nümayiş etdirib, onların xüsusiyyətlərini və növlərini izah edib, Azərbaycan tarixində onların rolunu ətraflı araşdırıb. Bu əsginaslar tarixçilər üçün xüsusi maraq doğurur, çünki onların sayəsində Azərbaycanın təkcə siyasi deyil, həm də iqtisadi tarixinin detallarını aydınlaşdırmaq olar. Pul dövlətin ən vacib simvollarından biri, hakimiyyət və suverenlik atributudur.

AXC-nin kağız pullarının dövriyyəsi faktları və Azərbaycan tarixində ilk dövlət bankının fəaliyyəti auditoriyanın böyük marağına səbəb olub.

İştirakçılar çıxışçıya az tanınan əsginaslarla bağlı bir sıra suallar veriblər. O dövrün yeni əsginaslar seriyasından olan 1920-ci ilin sınaq nüsxəsi onların xüsusi diqqətini çəkib.

Xəbər lenti