Logo

“Slavyan yazısı və mədəniyyəti günü”nə həsr olunmuş konsert keçirilib - FOTO

28.05.2024 10:19 150 baxış
IMG

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü”nə həsr olunmuş konsert keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin açılışında Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov və Bakı şəhəri Müqəddəs Miradaşıyan Qadınlar Katedralının klir üzvü, protoiyerey Andrey Bezotosnı çıxış ediblər.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Alena İnyakina Slavyan yazısı və mədəniyyəti günü bayramının yaranma tarixi barədə məlumat verib.

Rəngarəng musiqi proqramına daxil olan dini və dünyəvi klassik əsərləri Birləşmiş xor hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakı şəhəri Müqəddəs Baş mələk Mikayıl məbədinin xoru, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solistləri Yuliya Heydərova və Türkel Tariqpeym, konsertmeyster Larisa Zairbekova, BMA məzunu Maqsud Musazadə və BMA tələbəsi Amin Heydərov, eləcə də Kristina Əfəndiyevanın rəhbərliyi ilə Müqəddəs Baş mələk Mikayıl məbədinin bazar günü məktəbinin şagirdlərinin ifasında səsləndirilib.

Xəbər lenti