Logo

Fransada şagird müəllimi bıçaqlayıb

28.05.2024 11:13 178 baxış
IMG

Fransanın qərbindəki Şemiye-an-Anju kommunasında (Men və Luar departamenti) məktəbdə qanlı insident yaşanıb.

"Tehsil.biz"in TASS-a istinadən məlumatına görə, şagirdlərdən biri müəllimə bıçaqla hücum edib.

Bildirilir ki, 18 yaşlı şagird bələdiyyə polisi tərəfindən saxlanılıb.

Hücum nəticəsində müəllimin xəsarət aldığı qeyd olunur.

Xəbər lenti