Logo

İsraildə 2,3 min il yaşı olan qızıl üzük tapılıb

28.05.2024 11:59 266 baxış
IMG

Qüdsün David şəhərində 2,3 min il yaşı olan qızıl üzük tapılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, qızıl üzük İsrailin Qədim Əşyalar İdarəsi və Tel-Əviv Universitetinin birgə qazıntıları zamanı aşkar edilib.

"Üzük çox kiçikdir. Həm qadının kiçik barmağına, həm də gənc qızın və ya oğlanın barmağına uyğun olardı", - arxeoloqlar deyib.

Arxeoloqlar iyirmi ildir ki, Qüdsün ən qədim yaşayış sahəsi olan David şəhərində qazıntılar aparırlar. Bibliya dövründə kral Davudun sarayı, eləcə də qurduğu krallığın paytaxtı orada yerləşirdi. XXI əsrin əvvəllərində David şəhərinin ərazisində arxeoloqlar ehtimal ki, şəhərin divarlarını və Davudun varisi Kral Salomonun dövrünə aid evlərin qalıqlarını tapıblar.

Xəbər lenti