Logo

Günəşdə ən yüksək səviyyədə partlayış baş verib

28.05.2024 12:36 310 baxış
IMG

Mayın 27-də Günəşdə ən yüksək güc sinfi olan X səviyyəsində partlayış qeydə alınıb.

Tehsil.biz rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun alimləri məlumat veriblər.

Bakı vaxtı ilə 11:08-də rentgen diapazonunda 36 dəqiqə davam edən X2.9 partlayışı qeydə alınıb", - deyə elmi işçilər bildiriblər.

Həmçinin əlavə ediblər ki, bu günəş aktivliyi qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub.

Qeyd edək ki, rentgen şüalarının gücündən asılı olaraq alimlər Günəşdə partlayışları şərti şəkildə beş sinfə ayırırlar: A, B, C, M və X. Hər bir sonrakı sinif günəş aktivliyinin 10 dəfə artması deməkdir.

Çox vaxt belə partlayışlar günəş plazmasının emissiyasına səbəb olur. Əgər onun buludları Yer səthinə çatarsa, maqnit qasırğaları yarada bilir.

Xəbər lenti