Logo

MİQ imtahanına düşən sualların tərtibatı dəyişməlidir - NARAZILIQ + VİDEO

28.05.2024 21:27 399 baxış
IMG

"Müəllimlərin işə qəbulu üzrə imtahanı üçün tərtib edilən suallar namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlarına uyğun deyil. Hesab edirəm ki, sualların tərtibatı dəyişməlidir".

"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, belə bir iddia ilə təhsil eksperti Elşən Qafarov çıxış edib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı son illərdə ciddi problemlər və narazılıqlar var.

Ekspert bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir kitabda olan suallar əsasında hazırlaşırlar. Elşən Qafarov hesab edir ki, imtahanlar şəffaf keçirilsə də, sualların tərtibatı dəyişməlidir.

Məsələ ilə bağlı Təhsil İnstitutundan bildirilib ki, MİQ-in sualları əvvəlcədən ictimaiyyətə açıqlanmış qiymətləndirmə çərçivəsində hazırlanır:

"Uyğunluğu və etibarlılığı yoxlanılmış qiymətləndirmə sualları bazasından seçilərək imtahan təşkil edilir".

Xəbər lenti