Logo

DQİDK sədri Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb - FOTO

28.05.2024 23:05 237 baxış
IMG

Mayın 28-də Türkiyə Respublikasına səfər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır. 

Daha sonra Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Diyanət Akademiyası və Diyanət Vəqfində olub.

Diyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə Ramin Məmmədov xalqlarımız arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Diyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov müşayiət edir.

Xəbər lenti