Xəbər verdiyimiz kimi, mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Natavan Mövləddin qızı Əhmədovanın odlu silahdan açılan atəşdən qətlə yetirilib.
Tehsil.biz xəbər verir ki, N.Əhmədova Zaqatala rayonunun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim olaraq fəaliyyət göstərib.
Hadisə ilə bağlı məktəb sosial şəbəkə hesabında paylaşım edib.
“Təhsil verdiyi məktəbdə həm müəllim kollektivinin, həm də dərs dediyi şagirdlərinin sevgisini, hörmətini qazanmışdır Nətavan müəllimə. O, öz xarakteri, sakit təbiəti, rəftarı, səmimiyyəti ilə neçə müəllimin, şagirdin qəlbini fəth etmişdir. 2 övlad anası Nətavan müəllimə mehriban simasıyla övladları üçün həm ana, həm də dost olmuşdur”, - məktəbin paylaşımında bildirilib.