Logo

“İmtahan prosesi və vaxtın idarə olunması” mövzusunda növbəti vebinar keçiriləcək

29.05.2024 14:23 467 baxış
IMG

“İmtahan prosesi və vaxtın idarə olunması” mövzusunda növbəti vebinar keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Vebinarda imtahan prosesi, imtahan zamanı vaxtın idarə olunması ilə bağlı tətbiq olunan fərqli texnikalar haqqında geniş məlumat veriləcək və iştirakçıların sualları cavablandırılacaq. 

Vebinar 31 may saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və DİM-in “e-psixoloq.az” portalının “Instagram” səhifəsində canlı yayımlanacaq.

Vebinarın linki həmin gün iştirakçıların qeydiyyat zamanı təqdim etdikləri elektron poçt ünvanlarına göndəriləcək. 

Vebinarda iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/xMNfqTXJRVavbD1m9 

Xatırladaq ki, ötən həftə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "İmtahana psixoloji hazırlıq” mövzusunda vebinar keçirilib. Burada imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə məlumat verilib. 

DİM-in e-psixoloq.az psixoloji maarifləndirmə və dəstək platforması vasitəsilə həyata keçirilən tədbirlərdən xəbər tutmaq üçün onun aşağıdakı “Telegram” kanalına da abunə ola bilərsiniz. https://t.me/e_psixoloq

Xəbər lenti