Logo

ASAP xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan tədbirlər keçirib - FOTO

29.05.2024 15:44 164 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatları, Türkiyə, Vyana və Niderlandda 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.

ASAP-dan "Tehsil.biz"ə bildiriblər ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş şəbəkələşmə tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı konsulunun da iştirak etdiyi tədbirdə gənclər demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında müzakirələr aparıblar. Həmçinin ABŞ-də təhsil alan gənclər üçün ASAP-ın fəaliyyət istiqamətləri, azərbaycanlı gənclərin xarici ölkələrdə təmsilçiliyi, şəxsi və karyera inkişafına yönələn tədbir və layihələr barədə məlumat verilib.

Niderlandın Rotterdam şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ASAP-ın birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Müxtəlif ölkələrdən olan gənclərin iştirak etdiyi tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, musiqisi, tarixi, milli yeməklərinin xaricdə təhsil alan tələbələrə tanıdılması məqsədilə iki hissəli proqram təşkil olunub. Həmçinin gənclər komanda quruculuğu istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçiriblər.

Azərbaycanın Avstriyadakı səfirliyində azərbaycanlı gənclərin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir olub tutub. Tədbirdə gənclər Azərbaycanın müstəqillik tarixi haqqında müzakirələr aparıb və Müstəqillik Gününü birgə qeyd ediblər. Eləcə də ASAP-ın fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan tədbir və layihələr, Avstriyada təhsil alan azərbaycanlı gənclər bazasının genişləndirilməsi istiqamətində atılan addımlar barədə danışılıb.

Türkiyənin paytaxtı Ankarada 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri, sosial-siyasi fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması, inkişafı, quruculuq işləri haqqında danışılıb. Həmçinin Müstəqillik Günü ilə bağlı videoçarx izlənilib, Azərbaycan tarixini əks etdirən foto-sərgi nümayiş olunub.

Tədbirdə gənclər Müstəqillik Gününü öz həmvətənləri ilə birlikdə qeyd etmək imkanı əldə ediblər.

Xəbər lenti