Logo

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

29.05.2024 16:48 147 baxış
IMG

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.

Bu barədə "Tehsil.biz"ə QSC-dən bildirilib.

Qızılın dünya bazarındakı qiymətlərinin analizi, bazar qiymətlərinin dəyişim dinamikası və trendlərininin araşdırılması mövzuları ətrafında baş tutan görüşdə qızıl qiymətlərinə təsir edən əsas amillər müzakirə edilib, beynəlxalq qiymətli metallar bazarının cari vəziyyəti təhlil edilib. İdarə Heyətinin sədri data əsaslı qərarvermə, rasional düşünüb qərarvermə və intuitiv qərarvermə texnikalarından istifadə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tövsiyyələrini verib.

Həmçinin Z.İbrahimov müsabiqə qalibinə 1 illik fərdi inkişaf planına uyğun olaraq növbəti görüş üçün dövlət idarəetməsində xüsusi yanaşmalar, protokol qaydaları, ictimaiyyətlə əlaqələrin qurulması və təkmilləşdirilməsi mövzuları üzrə müvafiq tapşırıqlarını verib.

Xəbər lenti