Logo

“Gələcək peşəkarlara dəstək” mövzusunda silsilə təlimlər başa çatıb

29.05.2024 17:17 185 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “PAŞA Malls” MMC şirkətlər qrupunun layihəsi çərçivəsində “Gələcək peşəkarlara dəstək” mövzusunda silsilə təlimlər başa çatıb.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan bildirilib.

Təlimlərin təşkilində əsas məqsəd korporativ mühitlə tanışlıq, peşəkar dünyaya adaptasiya, o cümlədən tələbələrin əmək bazarında özlərini reallaşdırılmalarından ötrü səriştə və bacarıq imkanlarının inkişafına təkan verməkdir.

Peşəkar təlimçilər tərəfindən gerçəkləşən tədbirdə “PAŞA Malls” MMC ilə tanışlıq, qonaqpərvərlik və turizmin əsas meyarı, iş tapma strategiyaları, müsahibə, danışıq, ünsiyyət bacarıqları, emosional intellekt və digər məsələlərdən ətraflı bəhs olunub. Təlimlər zamanı müxtəlif testlər, viktorinalar və sual-cavab bölümləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, “PAŞA Malls” MMC üstün dəyərlərə sahiblənmək və dünya səviyyəli layihələrin müəllifi iddiasında qərarlıdır.

Xəbər lenti