Logo

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

29.05.2024 17:47 218 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 21-də Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri iyunun 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytına daxil olaraq elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər lenti