Logo

"Süni intellekt ilə yeni dövrə qapı aç” mövzusunda seminar təşkil olunub - FOTO

29.05.2024 18:01 183 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyasının (AAILab) birgə təşkilatçılığı ilə BA proqramının tələbələri üçün “Süni intellekt ilə yeni dövrə qapı aç” mövzusunda seminar təşkil olunub.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, seminarda çıxış edən AAILabın nümayəndələri və BA proqramlarının əməkdaşları süni intellekt haqqında məlumat veriblər və bu sahədə yaranacaq karyera imkanlarından danışıblar.

Seminarda, həmçinin AAILabın nəzdində fəaliyyətə başlayacaq Süni İntellekt Təlim Mərkəzi və təlim proqramı haqqında məlumat verilib.

Xəbər lenti