Logo

PISA 2025 tədqiqatının sınaq mərhələsi davam edir

29.05.2024 18:57 162 baxış
IMG

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinin keçirilməsi davam edir.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, tədqiqat Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.

Sınaq mərhələsinin başlanmasından indiyədək 57 məktəb üzrə 3272 nəfər 15 yaşlı şagird qiymətləndirmədə iştirak edib. Onlardan 2125-i Azərbaycan dilində, 1147-si isə rus dilində qiymətləndirmədə iştirak edib. İştirak etmiş məktəblərin 52-si dövlət, 2-si özəl və 3-ü agentliyə tabeli müəssisə olub.

Qeyd edək ki, beynəlxalq tədqiqatın sınaq mərhələsi üzrə məlumatların toplanması prosesinin may ayının sonunda tamamlanması planlaşdırılıb. Sınaq mərhələdə ölkəmizdə 70 məktəb üzrə ümumilikdə 4000-dən çox 15 yaşlı şagirdin və 70 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.

Xəbər lenti