Logo

“Azərbaycan musiqisinin inciləri” kitabı Vyetnam Milli Musiqi Akademiyasına hədiyyə olunub

29.05.2024 21:57 131 baxış
IMG

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nigar Axundova Vyetnam Milli Musiqi Akademiyasında olub.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası və Vyetnam Milli Musiqi Akademiyası arasında musiqi sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə yeni layihələr müzakirə edilib. Görüş zamanı Vyetnam Milli Konservatoriyasına Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət “Azərbaycan musiqisinin inciləri” adlı kitab hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gələn kitab Azərbaycan və ingilis dillərində işıq üzü görüb. Kitab xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı həmin ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli əyani vəsaitdir.

Xəbər lenti