Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə prorektorlar, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş nitqi ilə universitetin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açıb. Akademik “Cümhuriyyətin dil, ədəbiyyat və mədəniyyət siyasəti” adlı çıxışında qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə ilk dəfə türk dilini dövlət səviyyəsinə qaldırması üçün bu dildə tədrisin təşkil edilməsinə, dərsliklərin hazırlanmasına böyük diqqət yetirdiyini bildirib.
Xarici dillər kafedrasının müəllimi Gülşən Əhmədova “Şərqdə ilk demokratik respublika” adlı məruzəsində Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış AXC Azərbaycan xalqının həyatına əlamətdar tarixi hadisə kimi daxil olduğunu deyib. Bildirib ki, biz möhtərəm prezident İlham Əliyevin bildirdiyi kimi yarandığı gündən 106 il ötən AXC-nin ənənələrinə sadiqiq və onları yaşadırıq.
Beynəlxalq münasibətlər kafedrasının doktorantı Şahəstə Mustafayeva “AXC-nin dövlət quruculuğu” adlı çıxışında qeyd edib ki, AXC-nin varisi olan Azərbaycan Respublikası demokratik, hüququ, dünyəvi dövlət və cəmiyyət quruculuğu prosesini uğurla davam etdirir.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Ətraf mühit problemlərinin həllində AXC-nin fəaliyyəti” adlı məruzəsində bildirib ki, əhalinin sosial-rifahına yönələn hərtərəfli tədbirlər keçirən AXC hökuməti bütün ölkə ərazisində əhalinin sağlamlığını təmin etmək üçün tədbirlər görür, yaşıllıqlar salmaq və mövcud xəstəliklərin statistikasını minimuma endirmək və antisanitariya şəraitində yaşayan əhaliyə yardım məqsədilə məişətdə, ətraf mühitdə sağlamlığa təsir göstərən mənfi amillərin qarşını alırdı.