Logo

"1 il ərzində dövlət qulluğunda səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik"

30.05.2024 10:34 433 baxış
IMG

"Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik. Səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub. Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilən forumda deyib.

"Səriştə modelinə keçid edəndə, qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir", - DİM sədri bildirib.

Mərcanə Əsədova

Xəbər lenti