Logo

BDU və Kumamoto Universiteti əməkdaşlıq edəcək

30.05.2024 10:46 170 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Yaponiyanın Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Kumamoto Universitetinin prezidenti Oqava Hisao imzalayıblar.

Müqaviləyə əsasən, universitetlər arasında akademik, inzibati heyətin, tələbə və tədqiqatçıların, tədqiqat materiallarının və elmi nəşrlərin mübadiləsi nəzərdə tutulur.

Kumamoto Universiteti “Times Higher Education” dünya universitetləri reytinqində 801-1000, QS reytinqində isə 901-950-ci pillədə yer alır.

Xəbər lenti